Arif Ibrahimov portreti

Arif Ibrahimov

Haqqımda

19 yanvar 1989-cu ildə Bakıda anadan olmuşam. Neft Akademiyasında bakalavr, Politexnik Universitetində magistr dərəcəsi almışam. Ailəliyəm, bir övladım var.

Layihələrim

  • Fast-food restoranlarıDooz Baku, Puuf Baku, Pasta la vista, Iceburger

    Dooz fast food Bakıda 2, Sea Breeze-də 1 filial olmaqla ümumilikdə 7 il fəaliyyət göstərib. Əsasən corn dog məhsulu ilə tanınırdı. Məhşur türkiyəli bloggerlərdə qonağımız olub.

    Puuf Azərbaycanda ilk dəfə yapon sufle pankeyləri hazırlayan cafe idi. Açıldığı gündən böyük səs səda yaratmış və çoxlarının sevimli deserti olmuşdur.

    Pasta la vista - ənənəvi pastaların xüsusi stəkan qablarda satışı. Wolt üzərindən çatdırılma ilə fəaliyyət göstərib. Uzun müddət populyar seçimlərdən olub.

    Iceburger - Soyuq əllər, isti ürək qış yarmarkası üçün düşünülmüş layihədir. İsti brioş çörəyi arasında soyuq dondurma deserti.

  • Crunch Burger

    Əməliyyat direktoru (COO)

  • SMM şirkəti1Group Media · 2014-cü ildən (təsisçi)
    1Group Georgia · Ölkə xaricindəki layihəm

    1Group SMM şirkəti artıq 10 ildən çoxdur fəaliyyət göstərən SMM (Sosial Media Marketinq) və rəqəmsal marketinq agentliyidir. Agentlik brendlərin və bizneslərin sosial şəbəkə hesablarının idarə olunması və vizual kontent istehsalı ilə məşğul olur. Hazırda Azərbaycanın ən önəmli SMM agentliklərindən biridir.

    1Group Georgia - Gürcüstan fililı. 2020-2021 ci illərdə fəaliyyət göstərib. Kovid pandemiyası ilə əlaqədar fəaliyyət dondurulub.

    1Group Media · 2014-cü ildən (təsisçi) 1Group Georgia · Ölkə xaricindəki layihəm

  • Onlayn jurnalZovvq.com · Əyləncə və həyat tərzi

    2010-cu illərin əvvəllərində Bakıda fəaliyyət göstərmiş Azərbaycan əyləncə və həyat tərzi portalı. Portal şou-biznesi, modanı və şəhər həyatını işıqlandırır, Bakıda tədbirlər və müsabiqələr təşkil edirdi.

    2012-ci ildə Park Bulvar və «Avroviziya 2011» qalibi Nigar Camalla birgə aksiyalar keçirib, Fashion Baku layihəsi ilə ortaq təqdimatlar təşkil edib.

  • Video layihələrim

    • 21PlayYouTube-da texnologiya kanalı

      21Play əvvəllər TheOne adı ilə fəaliyyət göstərən
      Azərbaycanın məşhur YouTube layihələrindən biridir.

      • Fəaliyyət tarixi. Səhifə 2010-cu ildən etibarən YouTube-da fəaliyyətə başlayıb və sonradan rebrendinq edərək 21Play YouTube kanalı kimi yenilənib.

      • Məzmun istiqamətləri. Kanalda müxtəlif aparıcıların və mənim təqdimatımda texnoloji yeniliklər, icmallar, müqayisələr, səyahət, maraqlı faktlar və gündəlik həyatla bağlı əyləncəli-maarifləndirici videolar yayımlanır.

      YouTube-da texnologiya kanalı

    • Bizden DemekTikTok-da fast food bloqu

      Bizdən Demək» (@bizdendemek) — Azərbaycanda fast-food, küçə yeməkləri və səyahət icmalları üzrə ixtisaslaşmış məşhur TikTok səhifəsidir.

      Layihənin TikTok platformasındakı fəaliyyəti ilə bağlı əsas məlumatlar:
      • Şüarı və konsepsiyası. Kanal "Biz yoxladıq! Bizdən demək, sizdən yemək!" sloqanı ilə tanınır. Məqsəd müxtəlif restoranların, yeni menyuların və səyahət təcrübələrinin qiymət-keyfiyyət baxımından real sınağını izləyicilərə göstərməkdir.

      • Auditoriya və aktivlik. Səhifənin TikTok-da hazırda 84 mindən çox izləyicisi və ümumilikdə 1.7 milyon bəyənməsi var. Kanal həmçinin Instagram (@bizden.demek) hesabında paylaşılan qısa videoların davamını məhz TikTok-da yayımlayır.

      • Əsas mövzular. Kontent əsasən məşhur fast-food şəbəkələrinin (McDonald's, KFC və s.) yeni məhsullarının dad testlərindən, Bakıdakı müxtəlif yemək məkanlarının müqayisəsindən və xaricə səyahət (məsələn, Costa Toscana, MSC kruiz gəmisi) bölümləri paylaşılıb.

      TikTok-da fast food bloqu

  • Qlobal veb layihəFindpls.com

    Şəxsi məlumatları gizli saxlamaqla itirilmiş əşyaların sahibinə qaytarılmasını təmin edən onlayn QR etiket (teq) platformasıdır. Türkiyədə yerləşən FindPLS komandası tərəfindən idarə olunur. 3 dildə (rus, ingilis və türkcə) fəaliyyət göstərir.

    Findpls.com

Mükafatlar

Milli Net · 2010

  • Halay.azİlin əyləncə saytı nominasiyasının qalibi
  • Hostinnİnternet texnologiyaları kateqoriyasında 3-cü yer

Sosial şəbəkələrdə